AZ

İrəvandan Hələbə və Şarm əl Şeyxə uçuşlar ləğv edilib

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hələb və Şarm əl-Şeyxdən İrəvana bu günə planlaşdırılan uçuşlar ləğv olunub

Hələb və Şarm əl-Şeyxdən İrəvana bu günə planlaşdırılan uçuşlar ləğv edilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Zvartnots Beynəlxalq Hava Limanından bildirilib.

Qeyd olunub ki, bu gün İrəvandan Hələbə və İrəvandan Şarm əl-Şeyxə geri dönüş uçuşları da ləğv olunub.

 Xatırladaq ki, Hələbdə 6 yanvarda kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri ilə Suriya ordusu arasında toqquşmalar başlayıb və nəticədə mülki şəxslər arasında itkilər olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
ayna.az

1Mənbələr