İrandakı etirazlarda xarici qüvvələr iştirak edir.
Publik.az xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Əli Xamenei cümə günü dövlət televiziyasında çıxışında bildirib.
"İran etirazlar qarşısında geri çəkilməyəcək. İslam Respublikası əcnəbilərə tabe olmağa dözməyəcək", - deyə o qeyd edib.
Xamenei əlavə edib ki, xarici qüvvələrə işləyən hər kəs həm xalq, həm də İslam sistemi tərəfindən rədd ediləcək.