AZ

Mətbuat Şurasının İdarə Heyətinin 2026-cı ildə ilk iclası keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2026-cı ildəilk iclası keçirilib.

Trend xəbər verir ki, bubarədə Mətbuat Şurası məlumat yayıb.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki,Prezident İlham Əliyev ötən il noyabrın 3-də Azərbaycan MilliElmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakıçıxışında ana dilimizin qorunmasının vacibliyini vurğuladı. R.Məcidrəhbərlik etdiyi qurumun noyabrın 7-də bununla bağlı Medianınİnkişafı Agentliyi ilə birgə “Mediada Azərbaycan ədəbi dilininnormalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirdiyinixatırlatdı. Şura sədrinin sözlərinə görə, Agentlik sözügedənkonfransa dair xülasə hazırlayıb ki, bu sənəd, həm ana dilimizinqorunması ilə bağlı çağırış əhəmiyyəti daşımaqdadır, həm dəgörüləcək işlərin parametrlərinə sistemli baxış nümunəsidir.

R.Məcid bildirib ki, Şuranın İdarə Heyətinin 2025-ci ildəkeçirilmiş son iclasında da Prezident İlham Əliyevin fikirlərindənirəli gələn məsələlər müzakirə edildi və müvafiq olaraq MətbuatŞurasının Dil Komissiyasının tərkibi yenidən formalaşdırıldı.Komissiyanın sədri İH üzvü, “APA Holdinq”in rəhbəri VüsaləMahirqızı seçildi. Qurumun tərkibində İdarə Heyətinin digərüzvlərindən - “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun, BakıDövlət Universitetinin professoru Qulu Məhərrəmlinin, “Şərq”qəzetinin baş redaktoru Akif Aşırlının, həmçinin Şuranın NəzarətTəftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoruElşən Əliyevin, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalqqəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlunun və “525-ciqəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin təmsilçiliyiməqbul sayıldı.

R.Məcid onu da bildirib ki, Prezident İlham Əliyev yanvarın 5-dəyerli televiziya kanallarına müsahibəsində ana dilimizin qorunmasıməsələsinə daha geniş yer verdi. Dövlətimizin başçısı dilimizidövlətçiliyin əsas atributlarından biri, hətta bayraqla, gerblə,himnlə birlikdə birincisi adlandırdı və vurğuladı ki, uzun illərxalqımızın yaşadığı məhrumiyyətlər düşüncələrdə mənfi təsirlər vəfəsadlar yaradıb. Həmin fəsad və təsirlərin aradan qaldırılmasıvacibdir.

MŞ sədri rəhbərlik etdiyi qurumun Dil Komissiyasının bu günkeçiriləcək genişləndirilmiş iclasında Prezident İlham Əliyevinsəsləndirdiyi fikirlərlə bağlı daha geniş müzakirəninaparılacağını, konkret fəaliyyət istiqamətlərininmüəyyənləşdiriləcəyini vurğuladı. Bundan əvvəl isə Şuranın İdarəHeyəti bir sıra mütəxəssislərin Dil Komissiyasında təmsilçiliyiməsələsinə baxmalıdır. R.Məcid namizədlərin adlarını açıqladı vəmüzakirələrdən sonra Bakı Dövlət Universitetinin Filologiyafakültəsinin “Müasir Azərbaycan dili” kafedrasının müdiri,professor Tofiq Hacıyevin (Tofiq Müzəffəroğlu), AMEA-nın Nəsimiadına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent RasimHeydərovun, əməkdar artist, tanınmış teleaparıcı NərgizCəlilovanın, İTV telekanalının aparıcısı Vüsalə Məmmədovanın dakomissiyaya üzvlüyü təsdiqləndi. Həmçinin, APA İnformasiyaAgentliyinin redaktoru Nadir Yalçın qurumun katibi seçildi.Beləliklə, Şuranın Dil Komissiyası sədr Vüsalə Mahirqızı, sədrmüavini Seyfənddin Hüseynli və katib Nadir Yalçın olmaqla,ümumilikdə 12 nəfərdən ibarət olaraq təşkil edildi.

Mətbuat
Mətbuat
Mətbuat
Məqalədə:
Seçilən
66
12
az.trend.az

10Mənbələr