Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Leyen, Aİ Şurasının sədri Antonio Kosta ilə birlikdə Suriyanın paytaxtı Dəməşqə ilk səfəri zamanı ölkəni yenidənqurma və bərpa prosesində dəstəkləyəcəkləri mesajını çatdırdı.
Turkustan.az xəbər verir ki, Von der Leyen və Kosta Dəməşqdə Suriya prezidenti Əhməd Şara ilə görüşdükdən sonra açıqlama veriblər.
Von der Leyen, ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında paylaşım edərək bildirib ki, "Onilliklər boyu davam edən qorxu və sükutdan sonra suriyalılar ümid və yenilənməyə doğru uzun bir səyahətə çıxıblar. Avropa Suriyanın bərpası və yenidən qurulmasını dəstəkləmək üçün əlindən gələni edəcək".
Aytən Yaşar/ Turkustan.az