Lukaşenko oğlu ilə birlikdə qar təmizləyir
Ajans.az “Pool Pervogo” Telegram kanalına istinadən xəbər verir. Görüntülərdə Belarus liderinin bir neçə nəfərlə birlikdə qar yığınlarını təmizlədiyi əks olunub. Kadrlarda Lukaşenkonun Şpits cinsindən olan Umka adlı itinin də yaxınlıqda gəzdiyi görünür. Qeyd edək ki, daha əvvəl Milad bayramı münasibətilə kilsəyə səfəri zamanı Aleksandr Lukaşenko ölkədə qarlı və şaxtalı havanın olması üçün Allaha dua etdiyini bildirmişdi.