AZ

Rusiyada əcnəbilər üçün yeni QAYDALAR

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkənin miqrasiya qanunvericiliyində ciddi sərtləşdirmələrə hazırlıq görüldüyünü açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, onun verdiyi məlumata görə, deputatlar Rusiyada üç aydan artıq qalacaq əcnəbilərin məcburi tibbi müayinədən keçmə müddətini ölkəyə girişdən etibarən 90 gündən 30 günə endirən qanun layihəsi üzərində işləyirlər.

Layihə həmçinin saxta tibbi arayışların hazırlanması və dövriyyəsinə görə cəza tədbirlərinin sərtləşdirilməsini də əhatə edir.

Tver şəhərindəki Özbək Mədəni Milli Diasporasının rəhbəri Abdukarim Atacanov BFM kanalına verdiyi açıqlamada mövcud sistemin praktik problemlərinə diqqət çəkib.

Onun sözlərinə görə, əcnəbilər Rusiyaya daxil olduqdan bir neçə gün ərzində qeydiyyatdan keçməli və ilk ay ərzində əmək patentini almalıdırlar.

O əlavə edib ki, tibbi müayinələr yalnız müəyyən klinikalarda aparılır və bu proseslər çox vaxt “konveyer” prinsipi ilə həyata keçirilir. İşəgötürənlər əcnəbi işçiləri öz nəqliyyat vasitələri ilə müayinəyə aparır və uzun növbələrdə gözləməli olurlar.

Atacanov təklif edir ki, əmək patenti üçün ödənilən vəsaitin bir hissəsi müstəqil və nəzarət olunan tibbi qurumlara yönləndirilsin, bu da saxta arayışların və qeyri-kafi qiymətləndirmələrin qarşısını ala bilər.

Federal Məhkəmə İcra Xidmətinin məlumatına görə, 2025-ci ilin ilk 11 ayında təxminən 54,5 min əcnəbi ölkədən çıxarılıb. Bu rəqəm 2024-cü ilin eyni dövründəki 79 min nəfərlə müqayisədə təxminən üçdə bir azalmaya işarə edir.

Seçilən
50
1
cebheinfo.az

2Mənbələr