AZ

Cüdoçularımız dünyanın ən böyük və nüfuzlu təlim düşərgəsində FOTO

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Kişi və qadın cüdoçulardan ibarət Azərbaycan millisi Avstriyanın Mitterzill şəhərində Olimpiya Təlim Düşərgəsindədir.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışında idmançılarımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif başçılıq edir.

Dünyanın ən böyük və nüfuzlu cüdo təlim düşərgəsinə 50 ölkədən 900-dən çox idmançı qatılıb.

Toplanış yanvarın 14-də başa çatacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
5
icma.az

10Mənbələr