Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərindən Tehran, Şiraz və Məşhəd də daxil olmaqla bir neçə İran şəhərinə cümə günü planlaşdırılan uçuşlar ləğv edilib.
"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.
Məlumata görə, “Flydubai” cümə günü 9 yanvar tarixində İrana planlaşdırılan uçuşları ləğv etdiyini və cədvəldə hər hansı bir dəyişiklik etməzdən əvvəl vəziyyəti diqqətlə izləyəcəyini açıqlayıb.
"Cebheinfo.az"