AZ

İKTA 2025-ci ilin IV rübü üçün şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib (FOTO)

Bakı.Trend:

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyiciqurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA)abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbətişikayət indeksi və şikayətlərin orta cavablandırılma müddətihesabatını dərc edib.

Trend xəbərverir ki, bu barədə İKTA məlumat yayıb.

Bildirilib ki, hesabatda 2025-ci ilin IV rübü ərzində“E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinəünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrədinamika əksini tapıb. Belə ki, 2025-ci ilin III rübü üzrəhesabatla cari hesabatın müqayisəsi aparılıb və operator, yaxudprovayderin indeks dəyişiklik dinamikası müəyyən olunub.

Eyni zamanda hesabatda təqdim edilən şikayətlərin ortacavablandırılma müddəti məlumatı “E-Şikayət” sisteminə 2025-ci ilinIV rübündə daxil olan müraciətlərin telekommunikasiya operator vəprovayderləri tərəfindən icra müddətini əks etdirir.

İKTA bəyan edir ki, ictimai nəzarətin formalaşması, şəffaflıq vəxidmət keyfiyyətinin yüksəldilməsi baxımından şikayət indeksinin vəşikayətlərin orta cavablandırılma müddəti hesabatının hazırlanmasızəruri addımdır. Bu, telekommunikasiya sektorunda real mənzərənimüəyyən etməyə, tənzimlənmə prosesini daha asan və tez həyatakeçirməyə imkan yaradacaq.

Məlumat üçün bildirək ki, “E-Şikayət” sistemi 2023-cüilin noyabrında istifadəyə verilib. Bu günə qədər vətəndaşlartərəfindən adıçəkilən sistem vasitəsilə telekommunikasiya və poçtxidmətləri ilə bağlı 11 000-ə yaxın müraciət daxil olub.

2024-cü ilin noyabrından isə artıq “Android” və “iOS” əməliyyatsisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “Googleplay”dən və “APPstore”dan “E-Şikayət”in mobil tətbiqini yükləmək imkanı əldəediblər. Mobil tətbiqin istifadəyə verilməsi xidmətdən istifadəninmiqyasını genişləndirməklə yanaşı, platformanı daha əlçatanedib.

Agentlik şikayət indeksi və şikayətlərin orta cavablandırılmamüddəti hesabatının dərcinin davamlı olacağını və genişictimaiyyətə rüblük təqdim ediləcəyini bir daha bəyan edir. İKTAgələcək fəaliyyətində bu cür ictimai iştirakçılıq vasitələrindəntənzimləmə və nəzarət mexanizmlərinin qurulmasında geniş istifadənistrateji məqsədlərindən biri olaraq müəyyənləşdirib.

İKTA
İKTA
Seçilən
119
3
az.trend.az

4Mənbələr