“Mançester Siti”nin və İngiltərə millisinin müdafiəçisi Con Stounz yeni mövsümə fərqli komandada başlamağa yaxındır.
Msport.az xəbər verir ki, 31 yaşlı futbolçuya müxtəlif klublardan təklif gəlib.
“Əl-Hilal”, “Fənərbağça”, “Liverpul” klublarından rəsmi təklif alan Stounz hələ ki, konkret qərar verməyib.
2016-cı ildən “Mançester Siti”nin formasını geyinən Con “Barnsli” və “Everton”da da çıxış edib.