AZ

“Anamla indiyə qədər öpüşüb qucaqlaşmamışıq, ən yaralı yerimdir

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Tanınmış aktrisa Xuraman Əliyeva etirafları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi anası ilə münasibətlərinə dair səmimi açıqlamalar verib:

"Anamla indiyə qədər heç vaxt öpüşməmişik. Bir-birimizi sevirik, amma bir dəfə də olsun qucaqlaşmamışıq. Başqalarında öpüşüb-qucaqlaşma görəndə təəccüblənirəm. Anamla aramızdakı sevgi uzaqdan, "platonik"dir. Bir-birimizlə nəfəs alırıq, amma bunu göstərə bilmirik. Bu, ən yaralı yerimdir.

Övladımı isə çox qucaqlayıb öpürəm. Uşağımla dostam. Özüm görmədiklərimi övladıma yaşadıram. Oğlumla böyük söhbətləri edirəm, o da mənə eyni şəkildə cavab verir".

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
87
1
news.milli.az

2Mənbələr