AZ

Çox sevilən səhər yeməyi təhlükə yaradır? Yumurtanın gizli riski

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

"Yumurtanın gündəlik qəbulu miokard infarktının inkişaf riskini artıra bilər".

Ölkə.az lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə həkim Aleksandr Umnov danışıb.

Həkim məhsulda xolesterinin yüksək olması səbəbilə yumurtanın hər gün yeyilməsindən çəkinməyi tövsiyə edib. Onun sözlərinə görə, aterosklerotik dəyişikliklərin inkişafı damarların mənfəzinin daralmasına və orqanların qanla təminatının pisləşməsinə gətirib çıxarır. Bu isə ürək-damar fəsadları, o cümlədən miokard infarktı riskini artırır.

“Yumurtadakı yüksək yağ tərkibi orqanlarda interstisial yağın toplanmasına səbəb ola bilər ki, bu da sağlamlıq üçün risk faktorudur. Yumurtalar kifayət qədər istilik emalından keçmədikdə, məsələn, duru qayğanağın çörəklə birlikdə yeyilməsi zamanı salmonellyoza yoluxma riski yaranır ki, bu da ciddi təhlükədir”, - deyə həkim xəbərdarlıq edib.

Həkim həmçinin qeyd edib ki, yumurtanın bitki yağında qızardılması, eləcə də yeməyə kolbasa əlavə edilməsi onkoloji xəstəliklərin inkişaf riskini artıra bilər. Bundan əlavə, yumurtalı yeməklərin həddindən artıq duzlanması arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
1
olke.az

2Mənbələr