AZ

"“Avant Group” MMC- nin ləğvi fəaliyyətin dayandırılması və ya biznesin bağlanması ilə bağlı deyil"- AÇIQLAMA

"Avant şirkətlər qrupu" davamlı inkişaf strategiyası çərçivəsində daxili strukturlaşma və korporativ idarəetmənin optimallaşdırılması istiqamətində növbəti mərhələyə qədəm qoyur.

Qrupdan Marja.az-a daxil olan məlumatda bildirilir ki, bu çərçivədə tikinti şirkəti olmayan “Avant Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvi ilə bağlı hüquqi prosedurlar başlanmışdır. “Avant Group” MMC-nin sturukturu şirkətlər qrupuna daxil olan “Avant Construction” MMC ilə birləşdirilmişdir.

Qeyd edilib ki, bu qərar fəaliyyətin dayandırılması və ya biznesin bağlanması ilə bağlı deyil və qrup daxilində idarəetmənin daha çevik, şəffaf və səmərəli qurulması məqsədi daşıyır. Sözügedən ləğv prosesi texniki-hüquqi xarakterlidir və yenidən strukturlaşma strategiyasının tərkib hissəsidir.

"Eyni zamanda bildiririk ki, “Avant Construction” MMC, “Avant Luxe” MTK, “Avant Group” MTK, “Avant Green” MTK və şirkətlər qrupuna daxil olan digər hüquqi şəxslər öz fəaliyyətlərini tam həcmdə və fasiləsiz şəkildə davam etdirir. Mövcud layihələr, öhdəliklər, tərəfdaşlıq münasibətləri və müştərilərlə iş rejimi dəyişməz qalır.

Bu addım nəticəsində idarəetmə mexanizmləri daha da təkmilləşdiriləcək, qərarvermə prosesləri sürətlənəcək, korporativ məsuliyyət və nəzarət mexanizmləri gücləndiriləcəkdir.

Avant şirkətlər qrupu bazarda etibarlı mövqeyini qoruyaraq, uzunmüddətli inkişaf və şəffaf idarəetmə prinsiplərinə sadiqliyini davam etdirir.

İctimaiyyətə və tərəfdaşlarımıza göstərdikləri etimada görə təşəkkür edirik",- Şirkətin açıqlamasında bildirilir.

Avant şirkətlər qrupu Avant Group MMC ləğv edilir Avant Construction MMC korporativ idarəetmənin optimallaşdırılması şirkətlərin birləşdirilməsi daxili strukturlaşma Avant Group yenidən strukturlaşma tikinti sektoru Azərbaycan daşınmaz əmlak şirkətləri Avant Luxe MTK Avant Group MTK Avant Green MTK korporativ idarəetmə islahatları biznesin optimallaşdırılması hüquqi prosedurlar MMC tikinti şirkətləri xəbərləri Marja.az Avant Group Azərbaycan tikinti bazarı şirkətlər qrupunda struktur dəyişiklikləri
Seçilən
56
6
marja.az

7Mənbələr