AZ

Türkiyə Superkuboku: “Qalatasaray” - “Fənərbağça” oyununun saatı dəyişdirilib

Bakı, 9 yanvar, AZƏRTAC

Futbol üzrə Türkiyə Superkubokunda “Qalatasaray” və “Fənərbağça” komandaları arasında keçiriləcək final oyununun saatı dəyişdirilib.

AZƏRTAC Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq görüş əlverişsiz hava şəraiti səbəbindən Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.

Matçın daha əvvəl 21:30 start götürəcəyi açıqlanmışdı.

Seçilən
104
1
azertag.az

2Mənbələr