AZ

Ötən il 41 milyon ədəddən çox siqaret qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2025-ci il ərzində hüquqpozma predmeti kimi 41 milyon 758 min 798 ədəd xaricdə istehsal edilən siqaretlər qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Moderator.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, eyni zamanda 1440 litr spirtli içkilər, 91 min 782,438 litr energetik içkilər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Seçilən
95
8
moderator.az

10Mənbələr