AZ

Ən çox şikayət olunan internet provayderləri açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2025-ci ilin IV rübü üzrə internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb.

Banco.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.

Hesabata görə, şikayət indeksi ən yüksək olan provayderlər "Flexnet" MMC (14,99), "Sline" MMC (14,12), "Eurosel" MMC (8,61), "Maxinet" MMC (4,32), "Metronet" MMC (3,95) olub.

Ortalama cavablandırma müddətinə görə isə "Metronet" MMC (16 gün), "Flexnet" MMC (15 gün), Naxçıvan RİNN İYTTM (Naxinternet) (13 gün), "Megalink" MMC (13 gün), "Azfibernet" MMC (11 gün) ilk 5-likdə olub.

Şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.

Qeyd edək ki, hesabat 22 şirkət üzrə hazırlanıb. Hesablamaya abunəçi sayı 1000-dən, şikayət sayı 3-dən az olan şirkətlər daxil edilməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
61
28
banco.az

10Mənbələr