AZ

Kolumbiya lideri: ABŞ ilə dialoqa ümid edirik KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Kolumbiya prezidenti Venesuelada son əməliyyatdan sonra ABŞ-nin ölkəsinə qarşı hərbi əməliyyat keçirməsi ehtimalını istisna etməyib.

KONKRET.az BBC-yə istinadla xəbər verir ki, Qustavo Petro müsahibəsində bildirib:

“Təhdid mövcuddur və bu, realdır. Biz güclü bir ordu ilə əlimizdə olmayan silahlarla qarşılaşacağımızı gözləmirik. Dəstəyimiz dağlarımızdakı, cəngəlliyimizdəki insanlardır. Bu, həmişə belə olub”.

Eyni zamanda, Petro “dialoqa üstünlük verdiyini” bildirib və əlavə edib ki, “Kolumbiyanın tarixi ölkənin güclü ordulara necə müqavimət göstərdiyini göstərir”.

Petro qeyd edib ki, Vaşinqtonun digər ölkələrə imperiya ambisiyaları ilə yanaşmaq cəhdləri ABŞ-nin özünü təcrid etmək riskini yaradır.

Venesueladakı əməliyyatdan sonra ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidentinin də ehtiyatlı olmalı olduğu barədə xəbərdarlıq edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
2
konkret.az

3Mənbələr