AZ

Bakıda bina tikintisi stadionu məhv etdi, insanları təşvişə saldı VİDEO

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda bünövrə qazıntısı zamanı ətrafdakı binalar silkələyib, yaxınlıqdakı məktəbin stadionu isə zədələnib.

Məlumata görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi , D yaşayış sahəsinin sakinləri iddia edir ki, "Etibarlı" MTK tərəfindən tikintisi aparılan yaşayış binasının bünövrə çalasının qazıntısı 27-ci binanın bütün mənzillərində hiss olunur.

Sakinlər iddia edir ki, yeni inşa olunan binanın bünövrəsi məktəbin stadionuna bitişik olduğundan artıq idman meydançasına da giriş məhdudlaşdırlıb.

Qeyd edək ki, daha öncə Bakupost.az "Etibarlı" MTK tərəfindən bu ərazidə aparılan tikinti və yaşıllıqların məhv edilməsi ilə bağlı geniş material hazırlamışdı.

Ətraflı Xezerxeber-in mövzu ilə bağlı videomaterialında...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
www.bakupost.az

2Mənbələr