AFFA Region Liqasında çıxış edən “Ağsu Siti”, “Hacıqabul” və “Lokomotiv Baku”nun apellyasiya şikayətlərini təmin edib.
"Football-plus.az" xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalının qərarında bildirilib:
"Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Ağsu Siti” Futbol Klubunun təqsiri olmadığı müəyyən edilsin və 26 oktyabr 2025-ci il AFFA-nın Region Liqasında keçirilməli olan "Ağsu Siti" – "Ağcabədi" oyunu "Ağsu Siti" komandası təhlükəsizliyi (polis) təmin etmədiyinə görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 30 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilsin.
Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 2.1.1-ci maddəsinə əsasən "Ağsu Siti" – "Ağcabədi" arasında olan oyun yenidən keçirilsin.
Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Hacıqabul” Futbol Klubununtəqsiri olmadığı müəyyən edilsin və 21 dekabr 2025-ci il AFFA-nın Region Liqasında keçirilməli olan "Hacıqabul" – "Ucar" oyunu "Hacıqabul" komandası həkimlə təyin etmədiyinə görə baş tutmadığı üçün "Hacıqabul"a 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 26 dekabr 2025-ci il tarixli qərarı ləğv edilsin.
Apellyasiya Arbitraj Tribunalının əsasnaməsinin 2.1.1-ci maddəsinə əsasən "Hacıqabul" – "Ucar" arasında olan oyun yenidən keçirilsin.
Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Lokomotiv Baku” Futbol Klubununtəqsiri olmadığı müəyyən edilsin və 6 dekabr 2025-ci il AFFA-nın Region Liqasında keçirilməli olan "Lokomotiv Baku" – "Kristal" oyunu ev sahibi komandası tərəfindən təhlükəsizlik (polis) təmin edilmədiyinə görə baş tutmadığı üçün "Lokomotiv Baku"ya 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 10 dekabr 2025-ci il tarixli qərarı ləğv edilsin.
Apellyasiya Arbitraj Tribunalının əsasnaməsinin 2.1.1-ci maddəsinə əsasən “Lokomotiv Baku” FK – “Kristal” arasında olan oyun yenidən keçirilsin".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta