Marja.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Avant Group" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.
Marja.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 49C, Çıraq plaza 5-ci mərtəbə ünvanına bildirə bilərlər.

31 yanvar 2024-cü il tarixində dövlət qeydiyyatına alınmış və 100 manat nizamnamə kapitalı olan "AVANT GROUP" MMC-nin (veb saytı avantgroup.az) qanuni təmsilçisi Hümbətov Azər Fəxrəddin oğludur. Şirkətin Direktorlar Şurasının Sədri Əli Hüseynovdur. "Avant Group"un inşaat sahəsində göstərdiyi fəaliyyət çoxşaxəli infrastruktura malik irimiqyaslı layihələri əhatə edir. Şirkət lüks və premium otellər, yaşayış kompleksləri, eləcə də ticarət obyektlərinin tikintisi və təmiri daxil olmaqla, 30-dan çox dövlət və ictimai əhəmiyyətli layihələrin icrasını həyata keçirmişdir. İnşaat layihələrinin məqsədi infrastrukturu inkişaf etdirmək, regionun iqtisadi cəlbediciliyinə təsir göstərmək və müasir memarlıq ənənəsinə töhfə verməkdir. Daşınmaz əmlak layihələrinin inşatı biznesi istiqamətində Avant Development lüks, premium və komfort seqmentində yaşayış komplekslərini inşa edir. Bu istiqamətdə istehlakçılarla 4800-dən çox mənzil təhvil verilmişdir.
Bir müddət əvvəl "Avant Group" və "Moonwake Investment" tərəfindən Bakıda “Avenue 8” layihəsinin icra ediləcəyi bəyan edilmişdir. "PAŞA Bank" və "Avant Group" arasında strateji əməkdaşlığı təsdiqləyən rəsmi Anlaşma Memorandumu imzalanmışdır.
Qeyd edək ki, Azərbaycanda "Avant Group" MTK adlı da şirkət fəaliyyət göstərir (veb-saytı avant.az). "Avant Park", "Avant Vista" və "Avant Nova" yaşayış kompleksləri "Avant Group" MTK şirkətinin layihələridir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.