"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger “Atletiko Madrid”lə matçda zədələnib.
Offsideplus.az xəbər verir ki, almaniyalı futbolçunun İspaniya Superkubokunun finalında “Barselona”ya qarşı oyunda meydana çıxması demək olar ki, mümkünsüzdür.
Bundan əlavə, “kral klubu”nun heyətində Rodriqo və Raul Asensionun da həlledici görüşdə iştirak edib-etməyəcəyi sual altındadır.