AZ

Keçmiş məhkum maşından oğurluq edib

Yazını böyüt
Yazını kiçilt

Nizami rayonu ərazisində bir nəfər polisə müraciət edərək bildirib ki, gecə saatlarında ona məxsus avtomobilin 350 manat dəyərində 2 ədəd akkumulyatoru oğurlanıb.

Hafta.az-ın məlumatına görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı R.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
67
2
hafta.az

6Mənbələr