AZ

Türkiyə klubu azərbaycanlı futbolçular transfer edə bilər

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Türkiyənin “Kasımpaşa” klubu heyətinə azərbaycanlı futbolçular cəlb edə bilər.

Bu barədə “Kasımpaşa” klubunun yeni icraçı direktoru Ceyhun Kazancı məlumat verib.

İstanbul təmsilçisinin rəsmisi Azərbaycan futbolu ilə bağlı planlarının olduğunu bildirib.

Onun sözlərinə görə, gələcəkdə bu istiqamətdə addımlar atılacaq: “Biz qardaş ölkəyik. Dilimiz, mədəniyyətimiz, mənəvi dəyərlərimiz birdir. Azərbaycanlı futbolçuları gələcəkdə Türkiyəyə gətirmək istəyirəm. Bunun üçün skaut komandamızı ölkənizə göndərəcəyəm”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Qeyd edək ki, Ceyhun Kazancı vaxtilə “Beşiktaş”da idman direktoru,Türkiyə millisində isə İdarə Heyətinin üzvü olub.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
2
icma.az

3Mənbələr