ain.az, 525.az portalına istinadən məlumat verir.
İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ-ın Qrenlandiyaya hərbi müdaxiləsinə inanmır.
525.az xəbər verir ki, bu barədə Baş nazir mətbuat konfransında deyib.
O, belə bir ssenarini dəstəkləməyəcəyini və bunu qeyri-real hesab etdiyini söyləyib.
“Mən ABŞ-ın Qrenlandiyaya hərbi müdaxiləsinin mümkünlüyünə inanmıram və bunu dəstəkləməzdim. ABŞ Prezidenti Donald Trampın administrasiyası çox iddialı metodlardan istifadə edərək öz maraqları və təhlükəsizliyi üçün Qrenlandiyanın strateji əhəmiyyətinə diqqət çəkir. Bir çox xarici oyunçu təkcə Qrenlandiyada deyil, bütün Arktika bölgəsində aktivdir və ABŞ xarici oyunçuların həddindən artıq müdaxiləsinə dözməyəcəyinə işarə edir", - Meloni bildirib.
O qeyd edib ki, bu, Avropanın da maraqlarına uyğundur, baxmayaraq ki, ABŞ-ın iddialarının müzakirəsi NATO çərçivəsində aparılmalıdır.
Bundan əlavə, Meloni İtaliya Xarici İşlər Nazirliyinin ayın sonuna qədər Arktika strategiyasını təqdim edəcəyini açıqlayıb.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.