AZ

Ötən il ərzində verilən reklam icazələrinin sayı məlum olub

Bakı.Trend:

2025-ci il ərzində 312210 ədəd reklam icazəsi verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan DövlətReklam Agentliyindən məlumat verilib.

Bildirilib ki, icazələrin 145494-ü Bakı ŞRİ , 166716-sı Regionalidarələr üzrə verilib.

"Cari ilin ilk 11ərzində reklam yayımı dayandırılan (demontajedilən) daşıyıcı sayı isə 50000-ə yaxın olub.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq, açıqməkanda yayımlanan reklamlara dair daha rahat, müasir və çevikrəqəmsal müraciət imkanları yaratmaq məqsədilə AzərbaycanRespublikasının Dövlət Reklam Agentliyi (ADRA) rəsmi internetsəhifəsində yeni – “Açıq məkanda reklama ictimai nəzarət” adlıbölməni istifadəyə verib. Yeni rəqəmsal platforma vətəndaşlardandaxil olan müraciətlərin operativ emalını və təhlilini təminetməklə açıq məkanda yayımlanan reklamların məzmunu, estetikgörünüşü və təhlükəsizliyi ilə əlaqədar ictimai nəzarətigücləndirməyə, proseslərin şəffaflığını və əlçatanlığını artırmağaxidmət edir.

Seçilən
28
4
az.trend.az

5Mənbələr