Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” ilk oyununa çıxıb.
Msport.az xəbər verir ki, “ağ-qaralar” Qazaxıstanın son çempionu “Kayrat”la qarşılaşıb. Oyun paytaxt klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Netçi”nin heyətində Ağadadaş Salyanski (67-ci dəqiqə), Vensan Abubakar (89) və Murad Məmmədov fərqlənib.
“Neftçi” toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisiin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.
“Neftçi” sonuncu görüşlə Əbu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.