Mövsümün ikinci hissəsinin hazırlıqlarını Əbu Dabidə keçirən “Neftçi” 2026-cı il üçün ilk yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” Qazaxıstan klubu “Kayrat”la qarşılaşıb.
Matç “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Ağ-qaralar”ın qollarını 67-ci dəqiqədə Ağadadaş Salyanski, 89-cu dəqiqədə Vensan Abubakar və 90+2-ci dəqiqədə Murad Məmmədov vurublar.
“Neftçi” toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisiin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.
“Neftçi” sonuncu görüşlə Əbu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.