Dünən reablitasiya mərkəzindən qaçışı ilə gündəm olan Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub.
Publika.az bildirir ki, Yenilik.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
E.Nəbizadənin hüquqlarını vəkil Anar Qasımlı həyata keçirir. Saytın əməkdaşının sualına cavab olaraq vəkil faktı təsdiq eləsə də, "məhkəmədəyəm" deməklə ətraflı məlumat verməkdən yayınıb.