AZ

Rusiya Qara dənizdə iki mülki gəmiyə hücum etdi - Ölən var - FOTO

BAKI, 9 yanvar. TELEQRAF

Rusiyaya məxsu dronlar Odessa bölgəsindəki limanların yaxınlığında iki mülki gəmiyə zərbə endirib. Bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin bərpa üzrə müavini - İcma və ərazi inkişafı naziri Aleksey Kuleba “Telegram” da bildirib.

"Çornomorsk limanına gedərkən Rusiyanın zərbə PUA-sı Ukrayna Dəniz Dəhlizi daxilində taxıl yükləməyə gedən "Sent Kitts" və "Nevis" xarici bayrağı altında üzən mülki gəmini vurub. Təəssüf ki, hücum nəticəsində Suriya vətəndaşı olan heyət üzvü həlak olub. Bu, dəhşətli bir müharibə cinayətidir", - deyə bildirib.

Seçilən
55
teleqraf.com

1Mənbələr