“Qalatasaray” və “Fənərbaxça” arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun başlama saatı dəyişdirilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Yanvarın 10-da baş tutacaq qarşılaşma qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.