GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Çeçenistan rəhbərinin köməkçisi və respublika Təhlükəsizlik Şurasının katibi Adam Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskini “hərbi cinayətkar” kimi Qroznıya gətirəcəyini və atasının qisasını alacağını vəd edib.
Globalinfo.az xəbər verir ki, bu açıqlama Zelenskinin Rusiya rəsmilərinin, o cümlədən Ramzan Kadırovun ABŞ tərəfindən saxlanılması ehtimalı ilə bağlı dediklərinə cavab olaraq verilib.
Kadırov bildirib ki, bu, sadəcə zaman məsələsidir.
“Ukraynanın guya prezidenti olan narkoman yenidən atam Ramzan Axmatoviç Kadırov haqqında cəfəng fikirlər səsləndirir. Bu kloun çıxılmaz vəziyyətdə yalvarır ki, Ramzan Kadırovu Amerikaya aparsınlar. Bu, artıq mənəvi və siyasi tənəzzülə uğramış bir adamın diaqnozudur”, — deyə Adam Kadırov bildirib.
O, daha sonra əlavə edib:
“Əgər Ali Baş Komandan Vladimir Vladimiroviç Putin və ya atam bir fətva versə, biz səni istənilən yerdə tapacağıq. Bu sadəcə zaman məsələsidir. Heç bir əməliyyat elan edilməyəcək. Biz sadəcə gələcəyik və səni aparacağıq”.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.