AZ

Bakıda sürət yarışı keçirən “Mustang” və “BMW” sürücüləri tutuldu Məhkəmə cəzalandırdı

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıda gecə saatlarında sürət yarışı keçirən sürücülər məsuliyyətə cəlb edilib.

Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə dekabrın 8-də gecə saat 01:00 radələrində Nərimanov rayonu ərazisində qeydə alınıb. “Ford Mustang” markalı, 77-QZ-607 dövlət qeydiyyat nişanlı avtomobil ilə “BMW 525” markalı, 10-DL-788 dövlət qeydiyyat nişanlı minik avtomobili arasında sürət yarışı keçirildiyi müəyyən olunub. Sürücülər Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə “Ford Mustang” avtomobilinin sürücüsü 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 500 manat məbləğində cərimə olunub. “BMW 525” markalı avtomobilin sürücüsü də qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilib.

Oxunub 36

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
1
avtosfer.az

2Mənbələr