AZ

Almaniya XİN Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndərilməsini yüksək qiymətləndirib

Almaniya Xarici İşlər Nazirliyi Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndərilməsini yüksək qiymətləndirib.

Day.Az xəbər verir ki, nazirliyin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner X platformasındakı səhifəsində bu barədə paylaşım edib. "Bu, son bir ay ərzində həyata keçirilən ikinci tədarükdür. Regionda ticarət münasibətlərinin normallaşması istiqamətində belə mühüm addımların atıldığını görmək ümidvericidir", - deyə paylaşımda bildirilib.

Seçilən
63
3
day.az

9Mənbələr