Bakı. Trend:
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen La Liqada klubunudəyişməyə yaxındır.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
"Jirona" almaniyalı qolkiperi icarəyə götürmək istəyir. Klublararasında danışıqlar müsbət istiqamətdə davam edir. Keçid baş tutsa,"Jirona" 33 yaşlı "əlcək sahibi"nin maaşının cüzi hissəsiniödəyəcək.
Qeyd edək ki, "Barselona" Mark-Andre ter Ştegeni 2014-cü ilinyayında Münhenqladbax "Borussiya"sından transfer edib.