AZ

Elektrik enerjisinin dövlət üçün əhəmiyyəti əvvəlki çərçivədən kənara çıxır



"Azərbaycan Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin inşa etdiyi “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində ölkəmizin generasiya gücünün daha da artırılacağını vurğulayarkən data mərkəzlərinin yaradılması məsələsinə təsadüfi toxunmadı. Məlumdur ki, böyük data mərkəzlərinin enerji istehlakı yüz min nəfərə yaxın əhalisi olan şəhərlərin istehlakı ilə müqayisə edilə bilər".

Newscenter.az xəbər verir ki, bunları millət vəkili Sahib Alıyev deyib. O bildirib ki, dövlət başçısı yerli telekanallara verdiyi müsahibələrdə də data mərkəzlərinə olan ehtiyacdan və Azərbaycanın süni intellekt qovşağına çevrilməsi planından bəhs etmişdi ki, bu da səbəbsiz deyil:

"Son 20 ildə ölkəmizdə yaradılmış generasiya gücü SSRİ tərkibində olduğumuz dönəm qarışıq əvvəlkindən üç dəfə çoxdur. Açığı, elektrik enerjisinin dövlət üçün əhəmiyyəti də əvvəlki çərçivədən kənara çıxır, yəni getdikcə artır və bu sahə milli təhlükəsizliyin ən mühüm elementlərindən birinə çevrilir. Əlbəttə, burada söhbət çağdaş dövrün çağırışlarını düzgün dəyərləndirən və onlara uyğun strategiya formalaşdıran dövlətlərdən gedir ki, Azərbaycan da məhz onların sırasındadır".

Anar
Seçilən
22
1
newscenter.az

2Mənbələr