“Azərbaycan dilinə sevgi təkcə şüarlarda yox, danışıqda, yazıda, mediada, məktəbdə, ailədə öz əksini tapmalıdır”.
S.Tahirli müxtəlif vaxtlarda dövlət qeydiyyatından keçmiş QHT-lərin adlarında dilə xələl gətirən çoxsaylı nöqsanlara yol verildiyini diqqətə çatdırıb: “Biz monitorinqlərdə Azərbaycanda çox qəribə QHT adlarına rast gəlmişik. Məsələn, “Azərdovşansaxlayan” Azərbaycan dovşançılıq və həvəskar heyvandarlar könüllü cəmiyyəti”. Bu, nə deməkdir?! Bəzi QHT-lərin adları QHT sektorunda bu gün aparılan dərin islahatların məzmununa, dilin qorunması barədə qaldırdığımız məsələlərə uyğun gəlmir. Yaxşı olardı ki, hər bir QHT öz adına yenidən baxsın, zərurət varsa, müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etsin”./Qafqazinfo.az/