ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son günlər ölkədə kəskin mövsümi xəstəliklərin yayılması müşahidə olunur. Bir çox həkim bu halların koronavirusla əlaqəli olduğunu istisna etmir. Bununla bağlı ölüm faktlarının qeydə alınıb-alınmaması isə ictimaiyyətdə maraq doğurur.KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi Metbuat.az-ın sorğusuna cavab verib. Nazirlikdən bildirilib ki, hər il payız və qış aylarında, o cümlədən qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxma hallarında təbii artım müşahidə olunur. Qeyd edilib ki, dekabr–fevral ayları mövsümi qripin pik dövrü hesab olunur.
Nazirliyin məlumatına görə, bu tip infeksiyaların yayılmasının qarşısını almaq məqsədilə hər il sentyabr ayından etibarən müvafiq profilaktik tədbirlər həyata keçirilir.
Ölüm halları ilə bağlı məsələyə gəlincə, Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda bu xəstəliklərlə əlaqəli ölüm faktları barədə rəsmi məlumat yoxdur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.