AZ

Aİ və MERCOSUR Paraqvayda azad ticarət sazişi imzalayacaq

Bakı. Trend:

Avropa Birliyi və Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR)yanvarın 17-də Paraqvayda azad ticarət sazişi imzalayacaqlar.

Trend xəbər verirki, bu barədə Argentinanın xarici işlər naziri Pablo Kirno “X”sosial şəbəkə hesabında paylaşım edib.

Nazir qeyd edib ki, 30 illik danışıqlardan sonra iki blokarasında tarixi və ən iddialı müqavilə imzalanacaq.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının prezidentiUrsula fon der Leyen və Avropa Şurasının prezidenti António KostaAİ ölkələrinin MERCOSUR ilə azad ticarət sazişinin imzalanmasınıdəstəklədiklərini, lakin Avropadakı fermerlərin bu qərara etirazetdiklərini bildirmişdilər.

Qeyd edək ki, MERCOSUR Argentina, Braziliya, Paraqvay və Uruqvaytərəfindən yaradılmış Cənubi Amerikanın ən böyük ticarət-iqtisadiblokudur. Bloka üzv ölkələrin ümumi ərazisi Cənubi Amerikanın qurusahəsinin 70 faizindən çoxunu əhatə edir, əhalisi isə 295 milyonnəfərdir.

Seçilən
51
az.trend.az

1Mənbələr