AZ

Qar fırtınası Moskvada həyatı iflic edib

Rusiya paytaxtına yağan güclü qar həyatı iflic edib.

"Fransis" siklonunun gətirdiyi qarlı hava bir neçə gündür ki, Rusiya paytaxtında hökm sürür. Nəticədə Moskvada qarön hündürlü 65 santimetri keçib.

Mərkəz küçələr qardan qismən təmizlənsə də, ətraf rayonlarda gərgin vəziyyət yaranıb. Moskva meriyası küçələri qardan təmizləmək üçün 130 min işçi qüvvənin 15 min texnikanın səfərbər edildiyini açıqlayıb. Lakin qarın fasiləsiz yağması küçə və yolların təmizlənməsinə maneə yaradıb.

Sosial şəbəkələrdə insanların küçələrdə, yollarda qalması ilə bağlı çoxsaylı görüntülər yayılıb.

Moskva dairəvi yolunda avtomobillərin hərəkəti iflic olub.

Seçilən
60
6
aznews.az

7Mənbələr