ain.az, Baku.ws portalına istinadən məlumat yayır.
Asılılıqlar yalnız maddələrlə bağlı deyil.
Bu barədə defektoloq-loqoped Fatimə Məmmədova BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, telefon, sosial media, qumar, toksik münasibətlər və hətta müəyyən insanlara bağlılıq da psixoloji asılılıq formalarıdır.
"Bu halların hamısında ortaq bir mexanizm var: insan təhlükəni əvvəlcədən dərk etsə də, istək anında özünü idarə etməkdə çətinlik çəkir.
Asılılıq zamanı beyin ani həzzə fokuslanır, nəticələri isə ikinci plana atır. Bu səbəbdən "bir dəfə olar", "sonuncu dəfədir" kimi düşüncələr yaranır və dövr təkrarlanır.
Müasir psixologiya bu nöqtədə iradəni deyil, qabaqcadan qurulmuş qoruyucu mexanizmləri ön plana çıxarır. Odisseus hekayəsində olduğu kimi, insan öz zəif olacağını bildiyi anlar üçün əvvəlcədən sərhəd qoyduqda, asılılıq dövrünü qırmaq mümkündür", - deyə mütəxəssis bildirib.
Ziya SƏCCAD
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.