
ABŞ Prezidenti Donald Tramp Vladimir Putindən getdikcə daha çox əlini üzür.
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Telegraph” yazıb.
"Tramp hesab edir ki, Putin Ukraynada sülh üçün Ukrayna Prezidenti Volodimir Zelenskidən daha böyük maneədir" - deyə mənbələr bildirib.
Qeyd edilib ki, Rusiya bayrağı altında üzən neft tankerinin ələ keçirilməsi və yeni sanksiyalar haqqında qanun layihəsinin dəstəklənməsi Putinə müharibəni dayandırmaq üçün vaxtın bitdiyinə dair siqnallardır.
"Tramp qamçı və kökə prinsipi ilə hərəkət edir. Və mən hesab edirəm ki, onun artıq heç bir kökəsi qalmayıb", - deyə ABŞ prezidentinə yaxın olan mənbə bildirib.
Başqa bir mənbə əlavə edib ki, Rusiyanın "iki addım irəli - bir addım geri" danışıqlar taktikası Trampı getdikcə daha çox qıcıqlandırır:
"Bu, administrasiyanı yorur: elə görünür ki, onlar razılaşmalara hazırdırlar, lakin sonra, ümid etdiyimiz suallar ortaya çıxdıqda, ya vəziyyəti gərginləşdirirlər, ya da ümumiyyətlə danışıqları dayandırırlar. Tramp administrasiyasının mövqeyi getdikcə Avropanın mövqeyi ilə yaxınlaşır: belə ki, Putin sadəcə vaxt qazanmağa çalışır".
"The Telegraph” yazır ki, bunu britaniyalı bir rəsmi də təsdiqləyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Ukraynaya qarşı davamlı hücumları Tramp administrasiyasının baxışlarının hazırda münaqişəyə dair Avropa baxışına əvvəlkindən daha yaxın olmasına gətirib çıxarıb:
"Putinin daimi qəddarlığı, məkrli davranışı və manipulyasiyaları administrasiya tərəfindən diqqətdən kənarda qalmır".