AZ

İranın sonuncu şahının oğlu Trampa müraciət etdi

İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək, kütləvi etiraz aksiyası iştirakçılarına kömək məqsədilə İrandakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırıb.

 

O, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

 

Pəhləvinin sözlərinə görə, İran hakimiyyəti etirazları yatırmaq və nümayişçilərə qarşı zorakılıq tətbiq etmək üçün interneti və rabitə vasitələrini söndürmək niyyətindədir.

 

"Cənab prezident, bu, sizin diqqətiniz, dəstəyiniz və hərəkətə keçməyiniz üçün təcili və təxirəsalınmaz bir çağırışdır", - deyə Pəhləvi qeyd edib.

 

Oxu.az

Tarix: 9 Yanvar 2026, 22:55   
Seçilən
80
11
pravda.az

10Mənbələr