AZ

Qışda uşaqlara BU QİDALARI mütləq verin

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Qış aylarında uşaqların rasionunda sitrus meyvələri, kök və qoz-fındıq mütləq olmalıdır.Bizim.Media xəbər verir ki, bunu “SM-Klinika”nın uşaq endokrinoloqu, tibb elmləri namizədi Oksana Mixalyova Gazeta.Ru-ya bildirib.Mütəxəssis qeyd edib ki, sitrus meyvələri immun sistemini dəstəkləyən və azyaşlıların orqanizminin soyuqdəyməyə qarşı mübarizəsinə kömək edən C vitamininin mənbəyidir.Onun sözlərinə görə, kök beta-karotinlə zəngindir. Bu maddə uşağın görmə qabiliyyəti, dərisi və selikli qişalarının sağlamlığı üçün vacib olan A vitamininin sintezinə töhfə verir.Həkim əlavə edib ki, üçüncü yerdə qoz-fındıq dayanır. Onlar qiymətli yağ turşuları, E vitamini və maqneziumla zəngindir, beynin fəaliyyətini dəstəkləyir, diqqəti yaxşılaşdırır və qış mövsümündə

enerji sərfiyyatının ödənilməsinə kömək edir.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
2
bizim.media

3Mənbələr