Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Gəncədə 2 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Təbriz küçəsində hərəkətdə olan "Ford"la "Xəzər" markalı avtomobil toqquşub.Qəza zamanı maşınlardan biri mağazaya, digəri isə stomatoloji kabinetə çırpılıb. Hadisə zamanı 2002-ci il təvəllüdlü Samir Məmmədov və 2001-ci il təvəllüdlü Emil Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.Onlara ilkin tibbi yardım göstərilib.Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.