AZ

“Fənərbağça”nın qapıçısı bu kluba keçdi

"Fənərbağça" qapıçı İrfan Can Eyribayatı icarəyə verib.

Paralel.az xəbər verir ki İstanbul nəhəngi türkiyəli qolkoperi "Samsunspor"a göndərib. Bu barədə Samsun təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İrfan Can yaya kimi "Samsunspor"un formasını geyinəcək. Klublar arasındakı anlaşmada satınalmaa bəndi də yer alıb.

Qeyd edək ki, "Fənərbağça" İrfan Can Eyribayatı 2022-ci ilin yayında "Göztepe"dən transfer edib. 27 yaşlı "əlcək sahibi" bu mövsüm komandanın heyətində 6 rəsmi matçda meydana çıxıb.

Seçilən
37
2
paralel.az

3Mənbələr