Almaniyanın bir sıra əyalətlərində tüğyan edən “Elli” fırtınası Bundesliqanın oyunlarına da təsir edib.
Publika.az xəbər verir ki, bu barədə Alman Futbol İttifaqı (DFB) məlumat yayıb.
Bildirilib ki, ölkə çempionatının 16-cı turu çərçivəsində yanvarın 10-da keçirilməsi nəzərdə tutulan iki qarşılaşma (“Verder Bremen” - “Hoffenhaym” və “St Pauli” - “Leypsiq” görüşlərinin) fırtına ilə əlaqədar təxirə salınıb.
Hər iki klubun rəhbərlikləri stadionlarda xeyli həcmdə qar kütləsinin toplanması və ərazinin buz bağlanmasının oyunların keçirilməsinə imkan verməməsi barədə DFB-yə müraciət etdikdən sonra belə bir qərar qəbul olunub.