Çala-çuxurlu yollar, yığılıb həyətlərə dolan yağış suları…
NOCOMMENT.az xəbər verir ki, paytaxtın Ramana qəsəbəsi Şuşa şəhərciyi, 2-ci sahədə yaşayan sakinlər yaşadıqları ərazinin yollarından şikayətçidirlər. Onlar bildirirlər ki, normal günlərdə də çətinliklə hərəkət edilən bu yollarda yağıntılı havalarda vəziyyət daha acınacaqlı olur.
Sakinlər deyirlər ki, hər il öz vəsaitləri hesabına yolu düzəltməyə çalışsalar da, artıq buna gücləri çatmır.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, qəsəbədaxili yollar onların balasında deyil. O da qeyd olundu ki, yerli icra strukturları aidiyyəti üzrə təkliflər hazırlayıb təqdim etməlidirlər ki, investisiya proqramına daxil edilsin. Yalnız bundan sonra həmin ərazilərdə təmir bərpa işlərinin aparılması agentliyə həvalə oluna bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.