AZ

ABŞ Türkiyənin Qəzzaya sülhməramlı göndərməsini tələb edib

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Amerika Birləşmiş Ştatlarının İsraildən tələbləri arasında Türkiyənin Qəzzaya sülhməramlı göndərməsi də yer alır.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib.

Nazir Türkiyənin bu mövzuda siyasi iradə nümayiş etdirdiyini bildirib.

“Qəzza sülh planının həyata keçirilməsi üçün Türkiyə üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır. BMT Təhlükəsizlik Şurasının qərarlarına görə, bəzi məsələlərdə qonşu iki ölkə, Misir və İsrail ilə koordinasiya tələb olunur. Eyni zamanda, ABŞ da Türkiyənin oradakı roluna dair müəyyən anlayışa və tələblərə malikdir”, - Hakan Fidan əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
6
sherg.az

8Mənbələr