“Mançester Yunayted” bazar günü İngiltərə Kubokunun (FA Cup) üçüncü mərhələsi çərçivəsində “Brayton”la üz-üzə gələcək. Qarşılaşma öncəsi turnirlə bağlı “qırmızı şeytanlar”ın müvəqqəti baş məşqçisi Darren Fletçer açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, şotlandiyalı mütəxəssis FA Kubokunun klub üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Bu, çox vacib turnirdir. ‘Mançester Yunayted’ üçün qələbələr və titullar böyük önəm kəsb edir. Düşünürəm ki, son illərdə FA Kubokunda yaxşı çıxış etmişik. Son bir neçə ildə kuboku qazanmışıq və bir dəfə də finalda uduzmuşuq. Bu, möhtəşəm və xüsusi turnirdir. Futbolçu karyeramda qazandığım ilk titul da məhz FA Kuboku olub. Bu mövsümdə yaşananları – avrokuboklarda iştirak etməməyimizi və Liqa Kubokundan kənarlaşdırılmağımızı nəzərə alsaq, FA Kuboku uğrunda mübarizə aparmalı olduğumuz əsas tituldur”, — deyə Fletçer mətbuat konfransında bildirib.
Qeyd edək ki, “Mançester Yunayted” – “Brayton” matçı yanvarın 11-də Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.