AZ

Əraqçi ailəsi ilə birgə İrandan qaçdı

İranın xarici işlər naziri Abbas Əraqçinin ailə üzvləri ilə birlikdə Livana getdiyi və onların ölkədə qeyri-müəyyən müddətə qalacağı açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə İraq əsilli livanlı jurnalist və tədqiqatçı Hüseyn Əbdül Hüseyn "X" sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib.

O qeyd edib ki, Əraqçi ailəsini Livana səfəri zamanı özü ilə aparıb.

Onun sözlərinə görə, İranın Livandakı səfiri ilə bağlı da oxşar məlumat mövcuddur və səfirin ailəsinin də hazırda Livanda olduğu deyilir.

Jurnalist qeyd edir ki, Əraqçi, həyat yoldaşı Arzu Əhmədvənd, qızı Sadat və iki oğlu - Seyidhüseyn və Seyidrza ilə birlikdə Beyruta gəlib. Ailənin Livandakı İran diplomatlarına məxsus şəxsi evlərdə yerləşdirildiyi və qalma müddətinin qeyri-müəyyən olduğu bildirilir.

Seçilən
35
11
publika.az

10Mənbələr